
Ançelotti braziliyalı azarkeşlərə müraciət etdi
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti komandasının DÇ-2026 ilə erkən vidalaşmasından sonra azarkeşlərə müraciət edib.
Braziliya yığması 1/8 final mərhələsində Norveç millisinə 1:2 hesabı ilə uduzaraq, mundialla vidalaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis sosial şəbəkə hesabında paylaşdığı mesajda komandanın bu məğlubiyyətdən ciddi məyus olduğunu, ancaq gələcəyə inamını itirmədiyini bildirib:
“Bu gün çox ağrılıdır. Amma qurduğumuz komandaya olan inamımız dəyişməz olaraq qalır.
Millimiz üçün çalışmağa davam edəcəyik. Həmişə birlikdə. Həmişə Braziliya!”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



