
Rövşən Nəcəfdən “Sabah”, “Qarabağ” və “Zirə”yə “xeyir-dua”
AFFA prezidenti Rövşən Nəcəf “Sabah”, “Qarabağ” və “Zirə” komandalarına avrokuboklarda uğurlar arzulayıb.
Komanda.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
“UEFA klub turnirlərinin təsnifat mərhələlərinə start verilir. Üç gün ərzində “Sabah”, “Qarabağ” və “Zirə” müvafiq olaraq Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının təsnifat mərhələlərində ölkəmizi təmsil etmək üçün meydana çıxacaqlar. Təmsilçilərimizə ölkəmizi layiqincə təmsil etmək yolunda uğurlu nəticələr arzulayıram” – deyə, milli assosiasiyanın rəhbəri bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



