“Real” Halandın transferi üçün bir şərtlə cəhd göstərə bilər

“Real”ın “Mançester Siti”nin hücumçusu Erlinq Halandı hansı şərtlə transfer edə biləcəyi məlum olub.

Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, “kral klubu”nun baş məşqçisi Joze Mourinyo norveçli forvardın transferinə razıdır. Ancaq portuqaliyalı mütəxəssis bunun yalnız komanda daxilindəki tarazlığı pozmayacağı halda baş tutmasını istəyir.

Mourinyo Halandın “Real” üçün ciddi gücləndirmə olacağına inanır. Ancaq bu transfer yalnız hücum xəttinin hazırkı top-oyunçulardan birinin komandadan ayrılması halında mümkün ola bilər.

Bildirilir ki, Madrid təmsilçisi 25 yaşlı hücumçunu transfer etmək qərarına gəlsə, satışa çıxarılacaq əsas namizəd Vinisius Junior olacaq.

Haland 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 52 oyunda 38 qol vurub və 9 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button