“Beynəlxalq fasiləyə qədər çox ciddi rəqiblərə qarşı üç oyun keçirməliyik” – İnzaqi

“İnter”in baş məşqçisi Simone İnzaqi A Seriyasında çempionluq yarışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İnzaqi komandasının A Seriyasındakı durumuna münasibət bildirib:

“İnter”in taleyi öz əlindədir? Aydındır ki, 33 gün ərzində biz “Yuventus” üzərində xal fərqimizi 15-ə çatdırdıq, lakin diqqətimizi cəmləməliyik. Mən uzun illərdir futboldayam və bunun necə işlədiyini bilirəm.

Qarşıda hələ çox oyun var. Biz beynəlxalq fasiləyə qədər çox ciddi rəqiblərə – “Bolonya”, “Atletiko” və “Napoli”yə qarşı üç oyun keçirməliyik”.

Komanda 27-ci turun matçında öz meydanında “Cenoa”ya qalib gəlib (2:1).

“İnter” A Seriyasının turnir cədvəlinə başçılıq etməkdə davam edir. Komanda 27 matçda 72 xal toplayıb, ikinci pillədə qərarlaşan “Yuventus”la xal fərqi 15-dir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button