“Mən “Real”da oynaya bilmədiyim kimi, o da “Atletiko”da oynaya bilməz” – Simeone

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Lionel Messinin İspaniya La Liqasına mümkün qayıdışı haqda danışıb.

Komanda.az COPE-yə istinadən xəbər verir ki, o, bunun fantastik olacağını deyib:

“Messinin İspaniyaya qayıtması La Liqa üçün fantastik olardı. O, heyrətamiz oyunçudur”.

Simeone, “Kriştiano Ronaldonun “Atletiko”ya keçidi baş tuta bilərmi” sualını belə cavablandırıb:

“Mən “Real”da oynaya bilmədiyim kimi, o da “Atletiko”da oynaya bilməz”.

35 yaşlı Messinin PSJ ilə hazırkı sözləşməsi iyunun sonuna qədər nəzərdə tutulub. Argentinalının karyerasını “Barselona”, “Əl Hilal” və ya “İnter Mayami” klublarının birində davam etdirəcəyi bildirilir.

Kriştiano Ronaldo isə öncədən Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”dən ayrılmaq fikrində olmadığını diqqətə çatdırıb. O, cari mövsümdə Ər-Riyad klubunun heyətində 19 oyuna çıxıb, 14 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button