
DÇ-2026: Messi qol vurdu, Argentina qalib gəldi
Futbol üzrə dünya çempionatının Argentina İordaniyaya qalib gəlib.
Komanda.az xəbər verir ki, Dallas stadionunda keçirilən J qrupunun 3-cü turunun matçında Cənubi Amerika təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Argentinanın heyətində Covani Lo Çelso (18), Lautaro Martines (31) və Lionel Messi (80) fərqləniblər. İordaniyanın yeganə qolu isə Musa al-Tamarinin (55) aktivinə yazılıb.
Bu nəticənin ardından Argentina qrupunu 9 xalla lider kimi başa vurub. Xalı olmayan İordaniya isə mundialla vidalaşıb. Cənubi Amerika təmsilçisinin 1/16 final mərhələsindəki rəqibi Kabo-Verde olacaq.
Bu matçla eyni vaxtda keçirilən Əlcəzair – Avstriya oyunu ilə birlikdə DÇ-2026-nın qrup mərhələsinin oyunlarına yekun vurulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



