
Uqarte bir ilə yaxın meydanlardan kənar qala bilər
Uruqvay millisinin yarımmüdafiəçisi Manuel Uqarte dünya çempionatının qrup mərhələsində İspaniya yığmasına qarşı oyunda (0:1) zədələnib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu dizindən aldığı zədə səbəbindən meydanı xərəkdə tərk edib. Onun ön çarpaz bağının yırtılmasından şübhələnilir. Diaqnoz təsdiqlənərsə, yarımmüdafiəçi 9-12 ay yaşıl meydandan uzaq qala bilər.
Uqarte 2024-cü ilin avqustundan “Mançester Yunayted”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin iyun ayınadək qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



