DÇ-2022: Seks rəsmi şəkildə qadağan olunacaq!

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı zamanı subay insanlar arasında intim münasibətlərə qadağa qoyulacaq.

Komanda.az “Daily Star”-a istinadən xəbər verir ki, turnirə gələn futbolçular, nümayəndə heyətləri və azarkeşlər üçün seks rəsmi şəkildə qadağan olunacaq. Bu qaydanın pozulması yeddi il həbslə nəticələnə bilər.

“Ər-arvad kimi gəlməsəz, seks bizim siyahımızda deyil. Bu turnirdə mütləq bir gecəlik görüşlər olmayacaq. Partilər olmayacaq. Həbsxanaya düşmək riski ilə üzləşmək istəmirsə, hər kəs özünə nəzarət etməlidir. Bu il dünya çempionatında tarixdə ilk dəfə cinsi əlaqəyə qadağa qoyuldu. Azarkeşlər hazır olmalıdır” – deyə, “Daily Star” polis mənbəsindən sitat gətirir.

Qətərdəki dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək beş şəhərdə keçiriləcək. Turnir ilk dəfə Yaxın Şərqdə keçiriləcək və eyni zamanda, müsəlmanların çoxluq təşkil etdiyi ölkədə keçirilən ilk dünya çempionatıdır.

Bizi Telegramda izləyin