
Fransa millisində 2 itki
Fransa millisinin iki futbolçusu dünya çempionatının 1/16 finalında İsveç yığmasına qarşı keçiriləcək oyunu buraxa bilər.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, hücumçu Markus Türam və dayaq yarımmüdafiəçisi Nqolo Kantenin zədələri var. Bildirilir ki, Türam baldır əzələsindən zədə alıb, Kante isə dizindəki narahatlıq səbəbindən komandanın düşərgəsində fərdi hazırlıq keçir.
Məhz bu səbəbdən, hər iki futbolçunun İsveç millisi ilə qarşılaşmada meydana çıxması sual altındadır.
Fransa – İsveç oyunu iyulun 1-də keçiriləcək. Qarşılaşma saat 03:00-da start götürəcək.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



