
“Barselona” Keynin nümayəndələri ilə əlaqə saxlayıb
“Barselona” “Bayern”in və İngiltərə millisinin hücumçusu Harri Keyni transfer etmək niyyətindədir.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Kataloniya klubu artıq 32 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayaraq marağını çatdırıb. Ancaq hazırda tərəflər arasında rəsmi danışıqlar aparılmır.
Bildirilir ki, “Barselona” bu məsələni İngiltərə millisinin 2026-cı il dünya çempionatındakı çıxışından sonra yenidən gündəmə gətirməyi planlaşdırır. Klub mövsümün sonunda yollarını ayırdığı Robert Levandovskiyə uzunmüddətli əvəzləyici axtarır və Keyn üçün yaranacaq ən kiçik imkandan belə, faydalanmağa çalışacaq.
Keyn hazırkı vəziyyətindən razıdır və “Bayern”də qalmaq istəyir. Münhen təmsilçisi də hücumçunu komandada saxlamağa çalışacaq. Futbolçunun nümayəndələrinin dünya çempionatından sonra Almaniya klubu ilə yeni müqavilə imkanını müzakirə edəcəyi bildirilir.
İngiltərəli forvardın “Bayern”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. “Transfermarkt” portalı onun bazar dəyərini 60 milyon avro qiymətləndirir.
Bizi Facebook-da izləyin



