
“Sabah”dan ayrıIan futbolçu “Şahdağ Qusar”a keçdi
“Şahdağ Qusar” yeni mövsümdə heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Komanda.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi “Sabah”ın futbolçusu Seymur Məmmədovu heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
21 yaşadək futbolçulardan ibarət milli komandanın da üzvü olmuş futbolçu son mövsümü icarə əsasında “Mingəçevir”də keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



