
DÇ-2026: Ançelotti favoritin adını çəkə bilmədi
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın qrup mərhələsi başa çatdıqdan sonra turnirin əsas favoritini müəyyənləşdirə bilməyib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis mundialda komandalar arasında güc balansının yaxın səviyyədə olduğunu bildirib:
“Bəzi millilər qrup mərhələsində digərlərindən daha yaxşı çıxış etdilər. Amma hələlik əsas favoritin adını çəkə bilmərəm. Bu dünya çempionatı böyük rəqabət və iştirakçıların güclərinin bir-birinə yaxın olması ilə seçilir”.
Braziliya millisi dünya çempionatının 1/16 final mərhələsində bu gün Yaponiya yığması ilə üz-üzə gələcək. Qarşılaşma saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



