“Yuventus” türk futbolçunu satmaq istəmir

“Arsenal” “Yuventus”un vingeri Kənan Yıldızı transfer etməkdə maraqlıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi türk futbolçunun gələcəyi ilə bağlı qərarını verib. Klub 20 yaşlı oyunçunu yay transfer pəncərəsində satmaq niyyətində deyil.

“Transfermarkt” portalı Kənan Yıldızın bazar dəyərini 70 milyon avro qiymətləndirir. Türkiyə millisinin üzvünün “Yuventus”la müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.

O, ötən mövsüm İtaliya A Seriyasında 36 oyunda meydana çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button