Rəsmi: “İmişli” Kaşkilya ilə vidalaşdı

“İmişli” klubu baş məqşçi Jorj Kaşkilya ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Portuqaliyalı mütəxəssisin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

Klub onun köməkçiləri – Kriştianu De Souza və Gilyerme Kadete ilə də vidalaşıb.

Kaşkilya 2025/2026 mövsümünün əvvəlindən komandada işləyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button