İnzaqinin “Barselona”nın işinə yarayan qərarı

“Barselona”nın “Əl-Hilal”ın müdafiəçisi Joao Kanselonu transfer etmək şansı getdikcə artır.

Komanda.az “Sport”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun baş məşqçisi Simone İnzaqi portuqaliyalı futbolçunun xidmətində maraqlı deyil. İtaliyalı mütəxəssis artıq rəhbərlikdən yeni sağ cinah müdafiəçisinin transferini istəyib.

Kanselonun “Əl-Hilal”la müqaviləsinə xitam verilməsi gözlənilir. “Barselona” isə 32 yaşlı futbolçunun müqavilə məsələsinin həllini gözləyir.

Kanselo müqaviləyə xitam verildikdən sonra Kataloniya təmsilçisi ilə azad agent kimi danışıqlara başlaya biləcək. O, ötən mövsümün ikinci yarısından icarə əsasında çıxış etdiyi “Barselona”nın heyətində bütün turnirlər daxil olmaqla 23 matçda meydanda olub, 2 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button