
“Çelsi” ispaniyalı müdafiəçi üçün danışıqlara başlayıb
“Rayo Valyekano”nun sol cinah müdafiəçisi Pep Çavarriya “Çelsi”nin maraq dairəsinə düşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu 28 yaşlı futbolçunu Mark Kukurellanın mümkün əvəzedicisi kimi nəzərdən keçirir. Tərəflər arasında ilkin danışıqlar artıq baş tutub və baş məşqçi Xabi Alonso bu transferdə xüsusilə maraqlıdır.
“Transfermarkt” Pep Çavarriyanın transfer dəyərini 10 milyon avro qiymətləndirir. O, 2025/26 mövsümündə İspaniya klubunun heyətində 44 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Almaniyanın “Bayer” (Leverkuzen) klubu da ispaniyalı futbolçunu heyətinə qatmaq istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



