DÇ-2026: Oyunları 4,6 milyondan çox azarkeş izləyib, 300 mindən çox hot-doq satılıb

2026-cı il dünya çempionatının qrup mərhələsinin oyunlarını ümumilikdə 4,6 milyondan çox azarkeş stadionlardan izləyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, turnirin təşkilatçılarının yaydığı açıqlamada, qrup mərhələsinin statistik göstəricilərinin mundialın miqyasını aydın şəkildə nümayiş etdirdiyi bildirilib:

“Dünya çempionatının qrup mərhələsinin statistikası turnirin futbol meydançasından kənarda da böyük təsirə malik olduğunu göstərir. Oyunları 4 644 549 azarkeş izləyib, turnir ərzində isə 300 mindən çox hot-doq satılıb”.

Bununla da, DÇ-2026-da qrup mərhələsi başa çatmadan dünya çempionatlarının ümumi tamaşaçı rekordu yenilənib. Əvvəlki rekord 1994-cü ildə ABŞ-də keçirilən dünya çempionatına məxsus idi. Həmin turnirin oyunlarını ümumilikdə 3 587 538 azarkeş stadionlardan izləmişdi.

Qrup mərhələsində ümumilikdə 72 oyun keçirilib. Turnir çərçivəsində isə ümumilikdə 104 qarşılaşma baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button