
Yayda “Mançester Yunayted”dən ayrılacaq bir futbolçunun adı məlum olub
Ceydon Sanço yayda “Mançester Yunayted”i tərk edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” ingiltərəli vingerin müqaviləsinin müddətini uzatmaq şərtini aktivləşdirməyəcək.
Sanço yay transfer pəncərəsində azad agent kimi klubdan ayrılacaq. Onun xidmətində “Komo”, Dortmund “Borussiya”sı və hazırda icarə əsasında çıxış etdiyi “Aston Villa” maraqlıdır.
25 yaşlı futbolçu 2021-ci ildə “Borussiya”dan “Mançester Yunayted”ə 85 milyon avro qarşılığında transfer olunmuşdu. Cari mövsümün əvvəlində isə o, mövsümün sonuna qədər “Aston Villa”ya icarəyə göndərilib.
Sanço bu mövsüm bütün turnirlərdə 25 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib. Onun növbəti ünvanının hansı klub olacağı yayda dəqiqləşəcək.
Bizi Facebook-da izləyin



