“Şalke”nin futbolçusu “Neftçi”nin əvəzedici komandasına cəlb olunub

“Neftçi”nin əvəzedici komandasına 3 futbolçu transfer olunub.

Bu barədə Komanda.az-a klubun mətbuat xidmətindən bildirilib.

Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin, nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.

Klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşmanın müddəti daha 2 il artırıla bilər.

19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” (Almaniya) klubunun U-19 komandası olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button