
Salahla bağlı qərar veriləcək – Bu gün
“Liverpul”un hücumçusu Məhəmməd Salah qarşıdakı UEFA Çempionlar Liqası matçını buraxa bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, səs-küylü müsahibədən sonra Salahın Mersisayd təmsilçisinin heyətindən uzaqlaşdırılması mümkündür. Klub hələ yekun qərar verməyib, ancaq məsələ bu gün həll olunacaq. Bildirilir ki, günün sonuna kimi baş məşqçi Arne Slot mətbuat qarşısında rəsmi açıqlama verəcək.
Salah son açıqlamasında “Liverpul”dakı vəziyyətindən narazı olduğunu bildirib. O, klubun onu aldatdığını, ona kifayət qədər oyun vaxtı veriləcəyinin vəd olunduğunu söyləyib.
Çempionlar Liqasının 6-cı turu çərçivəsində “İnter” – “Liverpul” matçı sabah, saat 00:00-da keçiriləcək. “Liverpul” bu turnirdə “Qarabağ”ın rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



