
Salah “Liverpul”dan ayrılacağının mesajını verdi
“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un hücumçusu Məhəmməd Salah klubdakı mövqeyindən məyus olduğunu bildirib və komandadan ayrılmaq üçün variantları nəzərdən keçirir.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, misirli futbolçu “Brayton”la qarşılaşmanın onun “qırmızılar”da son oyunu ola biləcəyini bildirib:
“Ardıcıl üçüncü dəfədir düşünürəm ki, karyeramda ilk dəfə ehtiyat oyunçular skamyasındayam. Klub məni günahkar elan etmək qərarına gəlibmiş kimi hiss edirəm. Mən belə hiss edirəm”.
Salah son üç matçda çıxış etməyib və ehtiyat oyunçular skamyasında oturub. O, bundan sonra Afrika Millətlər Kuboku üçün Misir millisinə qoşula və İngiltərəyə qayıtmaya bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



