
Salah Türkiyədə oynamaq üçün 15 milyon avro maaş istəyir
“Liverpul”un sabiq hücumçusu Məhəmməd Salah karyerasını Türkiyə çempionatında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda azad agent statusunda olan 34 yaşlı futbolçu “Beşiktaş”a keçməyə müsbət yanaşır. Bildirilir ki, tərəflər illik 15 milyon avro məvacib məsələsində razılığa gəlsələr, transfer reallaşa bilər.
Salah ötən mövsüm “Liverpul”un heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 12 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalına əsasən, misirli hücumçunun bazar dəyəri 22 milyon avro təşkil edir. O, 2017–2026-cı illərdə “Liverpul”un formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



