Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi

Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

“Alanyaspor” – “Konyaspor” matçında qalib müəyyənləşməyib. Beş qolun vurulduğu “Rizəspor” – “Başakşəhər” oyununda ev sahibləri, “Adana Dəmirspor” – “Samsunspor” oyununda isə qonaqlar qələbə qazanıblar. Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev “Adana Dəmirspor”un heyətində 90 dəqiqə meydanda olub və qapısında üç top görüb. “Qalatasaray” isə səfərdə “Pendikspor” üzərində inamlı qələbəyə sevinib.

Türkiyə Super Liqası
14-cü tur

1 dekabr

Hatayspor – Antalyaspor 3:3
Qollar: Strandberq, 19. K.Alıcı, 62. Kilama, 71 – E.Yeşilyurt, 35. Buksa, 57; 88-pen.

Fatih Karagümrük – İstanbulspor 3:0
Qollar: Yensen, 45-öz qapısına. Mendes, 49. C.Keleş, 53.

2 dekabr

Alanyaspor – Konyaspor 2:2
Qollar: Kordova, 28. Novais, 39-pen – Çikaldau, 32. Muriç, 52.

Rizəspor – Başakşəhər 3:2
Qollar: Olavoyin, 13; 90+2. Vareşanoviç, 17 – Pyontek, 6. Opoku, 45+2.

Adana Dəmirspor – Samsunspor 2:3
Qollar: Nyanq, 27-pen. Barasi, 70 – Ntçam, 35-pen. Holse, 45+4. Marius, 64.

Pendikspor – Qalatasaray 0:2
Qollar: Bakambu, 69. Ziyeş, 82.

3 dekabr

14:30. Kasımpaşa – Qaziantep
17:00. Trabzonspor – Kayserispor
20:00. Ankaragücü – Beşiktaş

4 dekabr

21:00. Fənərbaxça – Sivasspor

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button