“Şah” üçün bir-birindən çətin rəqiblər

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.

Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Chessable Masters” adlanan turnirin 9-cu turunda ağ fiqurlarla norveçli Aryan Tari ilə üz-üzə gələcək.

Məmmədyarov 10-cu turda isveçli Nils Qrandeliusla qara, 11-ci turda hindistanlı Rameşbabu Praqqnanandha ilə ağ fiqurlarla oynayacaq. Təcrübəli şahmatçı 12-ci turda digər hindistanlı rəqibi Pentala Harikrişna ilə qarşılaşacaq. O, qara fiqurlarla mübarizə aparacaq.

Turnirin mükafat fondu 210 000 dollardır.

9 xala malik Məmmədyarov 8 görüşdən sonra Qrandeliusla birlikdə 10-11-ci yerləri bölüşdürür. “Chessable Masters”də 16 zəka sahibi çıxış edir.