“Sabah” “Tobol”la heç-heçəyə razılaşdı

Antalyada təlim-məşq toplanışında olan “Sabah” hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “Sabah” ikinci sınaq matçında Qazaxıstanın “Tobol” klubuyla qarşılaşıb.

“Titanik” otelinin stadionunda keçiriləcək görüşdə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib.

“Sabah” Antalya toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin “Əskişəhərspor” klubunu 1:0 hesabıyla məğlub edib.

Yoxlama oyunu

16 yanvar

Sabah – Tobol (Qazaxıstan) 2:2

Qol: Rəşad Eyubov, 39. Cavid İmamverdiyev, 53.