“Sabah” futbol akademiyasına seçimlər başlayır

“Sabah” Futbol Akademiyası bölgələrdə futbolçu seçimlərinə başlayır.

Komanda.az xəbər verir ki, ilk səfər Aran bölgəsinə olacaq.

Akademiyanın rəsmi sponsoru “maxi.az”la tərəfdaşlıq çərçivəsində məşqçi heyəti noyabrın 27-də Salyan, 28-də İmişli, 29-da isə Saatlı rayonunda seleksiya xarakterli məşqlər keçəcəklər.

Seçimlər aşağıda göstərilən məkanlarda və saatda, 2001, 2002, 2003, 2004, 2005 və 2006-cı il təvəllüdlülər arasında keçiriləcək:

27 noyabr, saat 10:00
Salyan Olimpiya Kompleksinin stadionu.

28 noyabr, saat 10:00
İmişli Olimpiya Kompleksinin stadionu.

29 noyabr, saat 10:00
Saatlı Olimpiya Kompleksinin stadionu.

Ətraflı məlumat üçün:
Salyan (055) 760 31 35
İmişli (050) 394 56 87
Saatlı (050) 589 43 41

“Sabah” FK-nın bölgələrdə futbolçu seçimi qarşıdakı aylarda da davam edəcək.

Futbol küçədə doğulur!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button