“Səbail”dən Rumıniya klubu ilə heç-heçə

“Səbail” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Şahin Diniyevin komandası Rumıniya təmsilçisi “Universitatya Kluj”la qarşılaşıb.

“Universitatya Kluj” Rumıniya Super Liqasında 29 xalla 8-ci pillədə qərarlaşıb. Bu rəqiblə oyun qolsuz yekunlaşıb – 0:0.

“Səbail” 2-ci yoxlama matçını “Fakel”ə qarşı keçirəcək. Rusiya Premyer Liqa təmsilçisi ilə görüş yanvarın 15-də olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button