“Səbail” rəsmilərindən klubun Xaçmazdakı bölməsində məşq edən uşaqlarla görüş

“Səbail” uşaq futbolunun inkişafı, bu istiqamətdə kütləviliyin artırılması məqsədilə respublikanın müxtəlif regionlarında da klubun bölmələrinin fəaliyyət göstərməsi ilə bağlı müəyyən layihələrin həyata keçirilməsinə start verib.

Komanda.az xəbər verir ki, cari mövsümdə layihə çərçivəsində ilk tədbir Xaçmaz rayonunun Ləcət kəndində təşkil olunub.

Klubun akademiyasının koordinatoru Mirbağır İsayev və U-19 komandasının məşqçisi Rahid Əmirquliyev Ləcət kəndində “Səbail”in xüsusi bölməsində məşq edən uşaqlarla görüşüb, onların məşqini izləyib, məşqçilərlə fikir mübadiləsi aparıblar. Uşaqlara klubun idman geyimləri, toplar və məşq avadanlıqları təqdim olunub.

Mövsüm ərzində “Səbail”in digər bölgələrimizdə də bölmələrinin açılması planlaşdırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button