Səviyyə

Rəşad Ergün

Bir vaxtlar azərbaycanlı futbolçular haqda deyirdilər ki, “peraşki” yeyib meydana çıxan futbolçudan nə gözləyəsən?” İllər keçdi, azərbaycanlı futbolçular kefləri istəyəndə kürü yeyəcək qədər pullar qazanmağa başladılar, amma Avropa səviyyəli futbolçu ola bilmədilər ki, bilmədilər.

Bir vaxtlar azərbaycanlı futbol hakimləri haqda “rüşvət almasalar, hərəsi bir oliqarx, məmur olan klubların sahiblərindən qorxmasalar, bizdə çox yaxşı hakimlər var” deyirdilər. İllər keçdi, oliqarxların, məmurların futbol klublarının üzərindəki qaranlıq kölgələri yoxa çıxdı, bir-ikisi istisna olmaqla bütün klublar AFFA-nın cibindən asılı vəziyyətə düşdü. İndi nə klub sahibi olan məmur-oliqarxlar var, nə hakimlərə rüşvət təklif edən məmur-oliqarxlar, nə də hakimləri saxladıqları quldur dəstələri ilə təhdid edən məmur-oliqarxlar. Amma bizim futbol hakimləri düzəlmir ki, düzəlmir.

Demək ki, nəymiş? Futbolçuların “peraşki” söhbəti də bəhanə imiş, hakimlərə verilən rüşvət, edilən təhdid, təzyiq söhbəti də. Səviyyə budur. Hər zaman da bu idi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button