“Səbail” üçün əlamətdar oyun

“Səbail” Azərbaycan Premyer Liqasında 50-ci qolunu vurub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu, 2-ci turun “Sumqayıt”la səfər matçına təsadüf edib. Bakılıların 3:0 hesabı ilə qalib gəldiyi oyunun 51-ci dəqiqəsində ikinci qola imza atan Şəhriyar Rəhimov paytaxt təmsilçisinin yubiley qolunu vurub.

Belə ki, bu görüşədək Premyer Liqada 57 oyun keçirən “Səbail” 48 dəfə rəqib qapılarına yol tapmışdı. 2017/18 mövsümündə yüksək dəstədə debüt edən komanda, ilk cəhdində 19, ötən çempionatda texniki qələbələri saymasaq, 28 dəfə fərqlənib. Cari mövsümün ilk turunda 1 qola sevinən “Səbail” bu rəqəmi 48-ə çatdırıb.

58-ci oyununda qol sayını 51-ə yüksəldən Bakı klubunun orta məhsuldarlığı 0,88-dir. Bu qollardan 19-u ev, 32-si səfər matçlarına təsadüf edib.

Paytaxt təmsilçisinin ilk qolunun müəllifi Vüqar Nadirovdur. O, 2017-ci il avqustun 13-də “Zirə”ylə səfər matçının (1:2) 43-cü dəqiqəsində fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button