
PFL-də Xetaqurovla görüş keçirilib
Azərbaycanın Əməkdar həkimi Boris Xetaqurov Peşəkar Futbol Liqasında qonaq olub.
Komanda.az xəbər verir ki, PFL prezidenti Elxan Səmədovla görüşən veteran futbol həkimi yeni yazdığı “50 il futbolda” kitabı haqqında məlumat verib, xatirələrini bölüşüb.
Xetaqurov kitabın bir nüsxəsini Elxan Səmədova hədiyyə edib. Yekunda xatirə şəkili çəkdirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



