Ronaldo tanınmış psixoloqla nə danışıb?

Tanınmış psixologiya professoru və yazıçı Cordan Peterson “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo ilə görüşündən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, psixoloq, Ronaldo ilə strateji söhbətləri olduğunu açıqlayıb:

“Ronaldo kitabımı oxudu və mənimlə danışmaq istədi. Mən onun evinə getdim. İki saata yaxın söhbət etdik. O, mənə formada qalmaq üçün istifadə etdiyi avadanlıqları göstərdi, şirkətləri haqqında danışdı. Əsasən onun gələcəkdən nə istədiyini, bu yolda qarşılaşdığı maneələri müzakirə etdik. Deyərdim ki, strateji söhbətimiz oldu”.

37 yaşlı Ronaldo bu yay Çempionlar Liqasında çıxış edən klubda oynamaq istədiyi üçün komandadan ayrılmaq istəsə də, sonda “Mançester Yunayted”də qalıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button