Ronaldo zirvədə, Messi “10-luq”dan kənarda

2019-cu ilin ən məhsuldar futbolçularının adları açıqlanıb.

Komanda.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli və qitəmiqyaslı klub turnirlərində ən çox qol vuranların siyahısını müəyyənləşdirib.

Dekabrın 1-dək beynəlxalq oyunlarda 10 və daha çox qol vuran oyunçular sıralanıb ki, siyahıya portuqaliyalı Kriştiano Ronaldo başçılıq edir. 34 yaşlı forvard 11 ay ərzində Portuqaliya yığmasında 14, “Yuventus”da isə 6 dəfə fərqlənib. Onu 19 topla ingiltərəli Harri Keyn izləyir. İlk “üçlüy”ü isə Birləşmiş Ərəb Əmirliklərindən olan Əli Mabxut qapayır.

“Qızıl top”un sahibi olan Lionel Messi hesabındakı 13 qolla siyahıda 13-cü pillədə qərarlaşır.

İlk “10-luq”

  1. Kriştiano Ronaldo: Portuqaliya – 14, “Yuventus” – 6
  2. Harri Keyn: İngiltərə – 12, “Tottenhem” – 7
  3. Əli Mabxut: BƏƏ – 17, “Əl-Cəzirə” – 0
  4. Rahim Sterlinq: İngiltərə – 8, “Mançester Siti” – 9
  5. Ali Almoez: Qətər – 15, “Əl-Duhail” – 1
  6. Robert Levandovski: Polşa – 6, “Bavariya” – 10
  7. Omar əl-Somah: Suriya – 8, “Əl-Əhli” – 7
  8. Lautaro Martines: Argentina – 8, “İnter” – 6
  9. Olivye Jiru: Fransa – 6, “Çelsi” – 8
  10. Eldor Şomurodov: Özbəkistan – 13, “Rostov” – 0
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button