Ronaldo qəzəblənib – Millinin düşərgəsini tərk etmək istəyib

Kriştiano Ronaldo DÇ-2022-də çıxış edən Portuqaliya millisinin düşərgəsini tərk etmək istəyib.

Komanda.az xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, 37 yaşlı hücumçu 1/8 final mərhələsinin İsveçrə ilə oyununun start heyətində yer almayacağını öyrənəndə bu addımı atmaq qərarına gəlib.

Baş məşqçi Fernando Santuşun qərarına qəzəblənən Ronaldo əşyalarını yığaraq, məskunlaşdıqları məkandan ayrılmağa hazırlaşıb. Amma daha sonra o, fikrindən daşınıb.

Portuqaliya millisinin İsveçrəni 6:1 hesabı ilə məğlub etdiyi matça ehtiyatdan başlayan Ronaldo 74-cü dəqiqədə meydana daxil olub.

Portuqaliya millisi DÇ-2022-nin 1/4 finalında Mərakeşlə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button