“Ronaldo ilə bu, artıq mümkündür” – Del Pyero

“Yuventus”un əfsanəvi futbolçularından Alessandro Del Pyero, Kriştiano Ronaldo haqqında açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı sabiq futbolçu, portuqaliyalı hücumçu sayəsində “qoca sinyora”nın bu mövsüm Çempionlar Liqasını qazana biləcəyini deyib:

“Ronaldonun transferi “Yuventus” üçün çox yaxşı, İtaliya futbolu üçün mükəmməl hadisə oldu. Dünyanın dörd bir yanında “Yuventus”, Turin və İtaliya haqqında danışılır.

“Yuventus” dünyanın ən yaxşı klubu olmaq və Çempionlar Liqasını qazanmaq istəyir. Ronaldo ilə bu, artıq mümkündür”.

“Qoca sinyora”da 19 mövsüm forma geyinən Del Pyero, keçirdiyi 778 oyunda 316 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button