DÇ-2022: Ronaldo səbirsizlənir

Kriştiano Ronaldo DÇ-2022 ilə bağlı sosial şəbəkə hesabında gözləntilərini bölüşüb.

Komanda.az xəbər verir ki, 37 yaşlı portuqaliyalı hücumçu azarkeşləri sevindirmək istədiyini bildirib. O, DÇ-2022-də meydana çıxmaq üçün səbirsizləndiyini etiraf edib:

“Tezliklə biz ən vacib turnirdə oynamağa başlayacağıq. Səbirsizlənirəm. İstəyirəm ki, bu yol bizim üçün uğurlu olsun, azarkeşlərimiz bizimlə fəxr etsinlər və sevinsinlər. Mümkün olmayan şey yoxdur!”

Portuqaliya milli komandası bu gün DÇ-2022-nin qrup mərhələsində ilk matçına çıxacaq. Rəqib Qana yığması olacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button