Ronaldinyo PSJ-ni tənqid etdi

Braziliyalı keçmiş yarımmüdafiəçi Ronaldinyo PSJ-nin ünvanına tənqidi fikirlər səsləndirib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, PSJ-də olan futbolçuların əla olduğunu söyləyib:

“PSJ-də nəyisə dəyişməyə ehtiyac varmı? Mən bilmirəm. Oradakı bütün oyunçular əladır. Nəyi dəyişmək istəyirsiz? Sizin üçün ən pis oyun lazımdır? Komandanın yeni sistemə və oyun tərzinə alışmasını gözləmək yorucudur.

Neymar dünyanın ən yaxşı futbolçularından biridir. Yüz faiz nəticə verdi, amma çoxlu zədə aldı. Neymar, Di Maria, Lionel Messi… Böyük oyunçular hamısı birlikdədir. Onlar qane etmirlərsə, o zaman kim oynamalıdır?”

PSJ bu mövsüm vaxtından əvvəl Fransa çempionu olub.