“Roma”nın yeni transferi avtomobilinə girmək istəyən oğrunu tutdu

“Roma”nın futbolçusu Stefan El-Şaaravi avtomobilinə girməyə cəhd edən oğrunu tutub.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Hadisə paytaxt Romada baş verib. El-Şaaravi küçədə avtomobilinə doğru gedərkən bir nəfərin onun maşınının şüşəsini sındırmağa çalışdığını görüb.

Hücumçu, dələduzun qaçmasına baxmayaraq, onu tutub və yerə yıxıb. Ətrafdakı insanlar dərhal polisə məlumat veriblər və oğru tutulub.

El-Şaaravi yanvarın 30-da “Roma” ilə iki illik sözləşmə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button