
Kafu: “Əlbəttə ki, “İnter” güclüdür, amma…”
“Milan” və “Roma”nın sabiq müdafiəçisi Kafu cari mövsümdə İtaliya A Seriyasındakı titul yarışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Roma”nın bu mövsüm çempionluğu qazanmağa qadir olduğunu bildirib:
“Roma” və “Milan” şübhəsiz ki, titul yarışındadırlar. Əlbəttə ki, “İnter” güclüdür, amma “Roma” və “Milan” da ilk dördlükdədir və yüksək hədəflərə çatmalıdırlar”.
“İnter” hazırda A Seriyasının turnir cədvəlində liderdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



