“Roma” türk futbolçunu istəyir

“Lill”in müdafiəçisi Zeki Çelik İtaliyanın “Roma” klubunun hədəfindədir.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma” yay transfer pəncərəsində türkiyəli müdafiəçini prioritet hədəf kimi müəyyənləşdirib. Romalılar 25 yaşlı Çelikin keçidi üçün rəsmi təklif hazırlayır.

“Roma”nın baş məşqçisi Joze Mourinyo türkiyəli futbolçu ilə şəxsən maraqlanır.

Çelikin “Lill”lə hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub. O, ötən mövsüm “Lill”in heyətində bütün turnirlərdə 40 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button