Robertson Premyer Liqanı tərk etmək istəmir

“Liverpul”un müdafiəçisi Endi Robertson karyerasında dəyişiklik etməyə hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, şotlandiyalı futbolçu mövsümün sonunda “qırmızılar”ın sıralarını azad agent kimi tərk edəcək.

32 yaşlı oyunçuya bir sıra xarici klubların maraq göstərdiyi bildirilir. Onların arasında “Yuventus” və “Napoli” də var. Ancaq Robertson karyerasını məhz İngiltərə Premyer Liqasında davam etdirməyə üstünlük verir.

O, 2017-ci ildən “Liverpul”un formasını geyinir. Daha əvvəl ona əsas namizəd kimi “Tottenhem” göstərilirdi və London klubu bu transferi ötən qış reallaşdırmağa çalışmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button