
“Tuxel dünya çempionatındakı təzyiq haqqında çox şey öyrənib”
İngiltərə millisinin hücumçusu Harri Keyn, baş məşqçi Tomas Tuxelin 2026-cı il dünya çempionatındakı iştirakı haqda danışıb.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Bu, Tuxelin karyerasında ilk belə turnirdir. O, komanda, səyahət və həmçinin, dünya çempionatındakı təzyiq haqqında çox şey öyrənib”.
İngiltərə millisi turnirdə üçüncü yeri tutub. Komanda bürünc medal uğrunda oyunda Fransa yığmasını penaltilər seriyasında 6:4 hesabı ilə məğlub edib. Dünya çempionatının finalında isə İspaniya millisi Argentina yığması ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



