PSJ fransalı hücumçunun qiymətinin enməsini gözləyir

PSJ “Bornmut”un hücumçusu Eli Junior Krupi ilə maraqlanır.

Komanda.az “PSGReport”-a istinadən xəbər verir ki, Paris klubu “Bornmut”un futbolçu üçün tələb etdiyi qiyməti 100 milyon avrodan 80-85 milyon avroya endirəcəyi təqdirdə, danışıqlara başlamağa hazırdır.

PSJ-nin baş məşqçisi Luis Enrikenin də fransalı forvardın potensialını yüksək qiymətləndirdiyi və onu digər transfer namizədlərindən üstün tutduğu bildirilir.

Eli Junior Krupi ilə həmçinin, “Tottenhem”, “Arsenal”, “Çelsi” və “Barselona” da maraqlanır. 20 yaşlı futbolçu 2025/26 mövsümündə Premyer Liqada “Bornmut”un heyətində keçirdiyi 33 oyunda 13 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button