
Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb
FİFA referisi Fəridə Lütfəliyeva UEFA-dan növbəti təyinat alıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, o, qadın futbolçular arasında UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin iki oyununda fəaliyyət göstərəcək
Lütfəliyeva bu mərhələnin 5-ci qrupunun yarımfinalında “Flora” (Estoniya) – “Mgar Yunayted” (Malta) matçını idarə edəcək. Digər referimiz Gülnurə Əkbərzadə iyulun 22-dəki görüşün yan xətt hakimi olacaq.
Fəridə Lütfəliyeva “Flora” – “Mgar Yunayted” qarşılaşmasının qalibinin iyulun 25-də finalda Slovakiyanın “Spartak Miyava” klubuna qarşı keçirəcəyi oyunun isə ehtiyat hakimi olacaq.
Oyunlar Slovakiyanın Miyava şəhərində yerləşən “Spartak Miyava” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



