
Matteus Olisenin “Real”a keçəcəyinə inanmır
“Bayern”in sabiq futbolçusu Lotar Matteus keçmiş komandasının vingeri Maykl Olisenin “Real”a mümkün keçidi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı sabiq futbolçu, fransalı oyunçunun “Real”da oynamaq istəyini başa düşdüyünü desə də, transferin baş tutacağına inanmadığını vurğulayıb:
“Şəxsən mən onun “Real”da oynamaq istəyini başa düşə bilirəm. Hər bir futbolçu karyerasının hansısa mərhələsində “Real”da çıxış etmək istəyir. Amma “Bayern” bu məsələ ilə bağlı heç bir danışıqlara getməyəcək, sadəcə, bu cür xəbərlərə güləcək. Olisenin növbəti mövsümdə “Real”da oynamaq ehtimalını demək olar ki, sıfır qiymətləndirirəm. Düşünürəm ki, “Bayern” onun müqaviləsinin müddətini maaş artımı ilə uzadacaq”.
Daha əvvəl yayılan məlumata görə, Madrid təmsilçisi 24 yaşlı Olise üçün 200 milyon avrodan çox təklif etməyə hazırdır.
Bizi Facebook-da izləyin


