
“Neftçi SOCAR” 1/4 finala vəsiqə qazandı
3×3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Bakı mərhələsində 1/4 finala vəsiqə qazanıb.
Komanda.az xəbər verir ki, “ağ-qaralar” əsas mərhələnin A qrupunda Çexiyanın “Praqa” komandasını məğlub edib – 18:14.
Komanda Litva millisinə uduzsa da (16:21), mərhələ adlaya bilib.
Azərbaycan millisi seçmə mərhələnin B qrupunda Benini məğlub etsə də (21:3), Braziliyaya yenilərək (9:19) mübarizəni dayandırıb.
Xatırladaq ki, Dünya Qadın Seriyasının Bakı mərhələsi iyulun 19-da başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



