“Arsenal” argentinalı hücumçudan vaz keçmir

“Arsenal” “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etmək istəyindən vaz keçməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu “Atletiko” ilə əlaqələri davam etdirir. Buna səbəb “Arsenal”ın idman direktoru Andrea Bertanın Madrid təmsilçisinin rəsmiləri ilə yaxşı münasibətlərinin olmasıdır.

“Atletiko” isə mövqeyində israrlıdır və 26 yaşlı futbolçunun satılmayacağını bildirir. Buna baxmayaraq, “topçular” Madrid klubunun fikrini dəyişəcəyi ümidi ilə vəziyyəti diqqətlə izləməyə davam edir.

Alvaresin xidmətində “Barselona” da maraqlıdır. Kataloniya klubu hücumçu üçün təxminən 100 milyon avro təklif edib. Argentinalı futbolçunun özü isə daha əvvəl açıq şəkildə klubunu dəyişmək istədiyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button