
“Rakuv” Mahir Emrelini heyətinə qatdığını açıqladı
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşanın “Rakuv” klubuna keçidi rəsmiləşib.
Komanda.az xəbər verir ki, Ekstraklasa təmsilçisi 29 yaşlı hücumçunu 1 illik icarəyə götürüb.
Çenstoxova şəhərinin klubu mövsümün sonunda azərbaycanlı oyunçunu almaq hüququna malikdir.
Emreli artıq “Rakuv”la rəsmi müqavilə imzalayıb.
Xatırladaq ki, Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın “Kayzerslautern” klubuna məxsusdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



