Qalyardo Argentina klubundan ayrılır – Rəsmi

Argentinanın “River Pleyt” klubunun baş məşqçisi Marselo Qalyardo komandadan ayrılmaq qərarı verib.

Komanda.az xəbər verir ki, bu barədə rəsmi açıqlama klubun saytında yayımlanıb.

Mütəxəssis fevralın 26-na planlaşdırılan ölkə çempionatı oyunu çərçivəsində “Banfild”lə keçiriləcək qarşılaşmadan sonra postundan gedəcək. Onun könüllü istefasına səbəb komandanın qeyri-qənaətbəxş nəticələri göstərilir. Hazırda “River Pleyt” turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.

Qalyardo məşqçilik karyerası ərzində Buenos-Ayres təmsilçisini iki dəfə çalışdırıb. O, 2014–2022-ci illərdə komanda ilə ümumilikdə 14 titul qazanıb. Bunların arasında Argentina çempionluğu və iki dəfə Libertadores kubokunun qalibi olması xüsusi yer tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button