
Reşford şəxsi səbəblərə görə məşqi buraxıb
“Barselona”nın vingeri Markus Reşford komandanın dünən axşam məşqində iştirak etməyib.
Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu məşqi şəxsi səbəblərə görə buraxıb və klub ona bu barədə rəsmi icazə verib.
Bildirilir ki, ingilis oyunçu artıq bu gün ümumi məşq prosesinə qayıdacaq. Onun komandası noyabrın 22-də, La Liqanın 13-cü turunda “Kamp Nou”da “Atletik”i qəbul edəcək.
Reşford bu mövsüm “Mançester Yunayted”dən icarə əsasında “Barselona”da çıxış edir. O, Hans-Diter Flikin rəhbərliyi altında 16 matçda iştirak edib, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



